Qehve nedir?

Qəhvə nədir, Nədən hazırlanır?

Qəhvə nədir? Nədən hazırlanır?   Ən sevilən içkinin hekayəsi “Qəhvə nədir?” sualı sadə görünsə də, cavabı həm tarixi, həm də mədəni cəhətdən olduqca zəngindir. Qəhvə, dünyada milyonlarla insanın hər səhər yuxudan sonra gümrah olmaq üçün içdiyi, dostlarla söhbətlərin ayrılmaz hissəsi olan və həyat tərzinə çevrilən xüsusi bir içkidir.  Bu mətndə Qəhvə haqqında maraqlı məlumatlar tapacağınıza əminik: Qəhvə nədən hazırlanır? Qəhvə bir ağac meyvəsidir. O,  Coffea adlı bitki növünün toxumlarından əldə edilir. Qəhvənin fərqli dad və kofein miqdarına malik müxtəlif növləri vardır. Qəhvə ağacı necə olur?   Qəhvə içkisi həyatımızın bir parçasına çevrilsə də, bir çox insan qəhvə ağacının necə göründüyünü, harada və necə yetişdiyini tam olaraq bilmir. Bəs qəhvə ağacı necə olur? Bu sualın cavabı həm botanika baxımından maraqlı, həm də qəhvə sevərlərin zövqünə uyğun bir hekayədir. Qəhvə ağacının mənşəyi və növləri Qəhvə ağacı, yuxarıda qeyd eytdiyimiz kimi tropik iqlimdə yetişən Coffea cinsinə aid bir bitkidir. Ən geniş yayılmış növləri Coffea Arabica (Arabika) və Coffea Canephora (Robusta) ağaclarıdır. Arabika daha yumşaq və aromatik dadlara sahib olduğu halda, Robusta daha sərt və kofeini yüksək olur. Qəhvə ağacının görünüşü Qəhvə ağacı daimi yaşıl bitkidir. Yəni yarpaqları ilboyu tökülmür. Tipik olaraq: Boyu: Təbii şəraitdə 4–8 metrə çatsa da, kommersiya məqsədilə 2–3 metr hündürlükdə budanır. Yarpaqları: Qara-yaşıl, parlaq və oval formalıdır. Çiçəkləri: Kiçik, ağ rəngli və yasəmən ətirli ol ...

22Aprel
2025
  • 161
  • 0

Qəhvənin Tarixi-Qara Qızılın Səyahəti

Qəhvənin Tarixi: Qara Qızılın Sirli Səyahəti Coffeestore.az olaraq qəhvənin tarixi haqqında kiçik məlumatı sizinlə bölüşməkdən məmunuq! Qəhvə dünya miqyasında milyonlarla insanın sevimli içkisi olmaqla yanaşı, maraqlı tarixə malikdir. Bu dadlı içkinin kəşf edilməsi əfsanəyə görə, Efiopiyadan başlayır. Rəvayətə görə, 9-cu əsrdə Kaldi adlı bir çoban qəhvə dənələrinin qoyunları çox enerjili etdiyini görüb, bu sirli bitkini araşdırmaq üçün monastır rahiblərinə aparır. Rahiblər qəhvənin oyaqlıq verdiyini müəyyən edərək, ibadətləri vaxtı bu içkidən istifadə etməyə başlayırlar. Qəhvənin Yaxın Şərqə Yolculuğu Qəhvə daha sonra Yaxın Şərq ölkələrinə yayılır. Xüsusilə Yəməndə Sufi dərvişləri qəhvənin oyaqlıq verici təsirindən istifadə edərək, uzun gecə dualarında bu içkidən faydalanırlar. 15-ci əsrdə Yəmənin Moha şəhəri qəhvənin ixrac mərkəzinə çevrilir. Osmanlıdan Avropaya Keçid 16-cı əsrdə Osmanlı İmperiyası qəhvəni rəsmi olaraq tanıyır və İstanbulda ilk qəhvəxanalar açılır. Bura sıyasətçilərin, şairlərin və ziyalıların toplaşdığı məkanlara çevrilir. Osmanlıdan Avropaya gedən tacirlər sayəsində qəhvə 17-ci əsrdə Venesiya, Paris və Londona çatır. Qəhvə evləri Avropa cəmiyyətindən ayrılmaz bir hissəsini təşkıl etməyə başlayır. Dünya Miqyasında Qəhvə Sənayesi 18-ci və 19-cu əsrlərdə qəhvə Karib dənizi, Cənubi Amerika və Asiyada geniş plantasiyalarda yetişdirilməyə başlayır. Bu bitki dünya iqtisadiyyatında vacib yer tutur. Braziliya, Kolumbiya, Vyetnam kimi ölkələr bu gün dünya qəhvə istehsalında ...

25Fevral
2025
  • 145
  • 0