Arabika dünyada ən məşhur və ən çox seçilən kofe növlərindən biridir. Yüksək dağlıq ərazilərdə yetişən Arabika dənələri zərif dadı, yumşaq turşuluğu və kompleks aroması ilə fərqlənir. Meyvəmsi və çiçək notları ilə zəngin olan bu növ, həm gündəlik istifadədə, həm də xüsusi kofe təcrübələri üçün idealdır. Bu qəhvə robusta növü ilə müqayisədə daha az kofein tərkibinə malikdir, lakin daha keyfiyyətli və zövqlü içim təqdim edir. CoffeeStore.az sizə 100% saf Arabika dənəvər və üyüdülmüş kofe çeşidləri təqdim edir. İstər espresso, istər filtr, istərsə də südlü kofe içkiləri üçün bu növ mükəmməl seçimdir. Əgər siz təbii, incə və ləzzətli kofe axtarırsınızsa, Arabika sizin zövqünüzə uyğun olacaq. İndi sifariş edin, fərqi dadın!