
Qəhvə nədir, Nədən hazırlanır?
Qəhvə nədir? Nədən hazırlanır? Ən sevilən içkinin hekayəsi “Qəhvə nədir?” sualı sadə görünsə də, cavabı həm tarixi, həm də mədəni cəhətdən olduqca zəngindir. Qəhvə, dünyada milyonlarla insanın hər səhər yuxudan sonra gümrah olmaq üçün içdiyi, dostlarla söhbətlərin ayrılmaz hissəsi olan və həyat tərzinə çevrilən xüsusi bir içkidir. Bu mətndə Qəhvə haqqında maraqlı məlumatlar tapacağınıza əminik: Qəhvə nədən hazırlanır? Qəhvə bir ağac meyvəsidir. O, Coffea adlı bitki növünün toxumlarından əldə edilir. Qəhvənin fərqli dad və kofein miqdarına malik fərqli növləri vardır. Qəhvə ağacı necə olur? Qəhvə içkisi həyatımızın bir parçasına çevrilsə də, bir çox insan qəhvə ağacının necə göründüyünü, harada və necə yetişdiyini tam olaraq bilmir. Bəs qəhvə ağacı necə olur? Bu sualın cavabı həm botanika baxımından maraqlı, həm də qəhvə sevərlərin zövqünə uyğun bir hekayədir. Qəhvə ağacının mənşəyi və növləri Qəhvə ağacı, yuxarıda qeyd eytdiyimiz kimi tropik iqlimdə yetişən Coffea cinsinə aid bir bitkidir. Ən geniş yayılmış növləri Coffea Arabica (Arabika) və Coffea Canephora (Robusta) ağaclarıdır. Arabika daha yumşaq və aromatik dadlara sahib olduğu halda, Robusta daha sərt və kofeini yüksək olur. Qəhvə ağacının görünüşü Qəhvə ağacı daimi yaşıl bitkidir. Yəni yarpaqları ilboyu tökülmür. Tipik olaraq: Boyu: Təbii şəraitdə 4–8 metrə çatsa da, kommersiya məqsədilə 2–3 metr hündürlükdə budanır. Yarpaqları: Qara-yaşıl, parlaq və oval formalıdır. Çiçəkləri: Kiçik, ağ rəngli və yasəm ...
2025
- 33
- 0