
Qəhvənin Tarixi-Qara Qızılın Səyahəti
Qəhvənin Tarixi: Qara Qızılın Sirli Səyahəti Coffeestore.az olaraq qəhvənin tarixi haqqında kiçik məlumatı sizinlə bölüşməkdən məmunuq! Qəhvə dünya miqyasında milyonlarla insanın sevimli içkisi olmaqla yanaşı, maraqlı tarixə malikdir. Bu dadlı içkinin kəşf edilməsi əfsanəyə görə, Efiopiyadan başlayır. Rəvayətə görə, 9-cu əsrdə Kaldi adlı bir çoban qəhvə dənələrinin qoyunları çox enerjili etdiyini görüb, bu sirli bitkini araşdırmaq üçün monastır rahiblərinə aparır. Rahiblər qəhvənin oyaqlıq verdiyini müəyyən edərək, ibadətləri vaxtı bu içkidən istifadə etməyə başlayırlar. Qəhvənin Yaxın Şərqə Yolculuğu Qəhvə daha sonra Yaxın Şərq ölkələrinə yayılır. Xüsusilə Yəməndə Sufi dərvişləri qəhvənin oyaqlıq verici təsirindən istifadə edərək, uzun gecə dualarında bu içkidən faydalanırlar. 15-ci əsrdə Yəmənin Moha şəhəri qəhvənin ixrac mərkəzinə çevrilir. Osmanlıdan Avropaya Keçid 16-cı əsrdə Osmanlı İmperiyası qəhvəni rəsmi olaraq tanıyır və İstanbulda ilk qəhvəxanalar açılır. Bura sıyasətçilərin, şairlərin və ziyalıların toplaşdığı məkanlara çevrilir. Osmanlıdan Avropaya gedən tacirlər sayəsində qəhvə 17-ci əsrdə Venesiya, Paris və Londona çatır. Qəhvə evləri Avropa cəmiyyətindən ayrılmaz bir hissəsini təşkıl etməyə başlayır. Dünya Miqyasında Qəhvə Sənayesi 18-ci və 19-cu əsrlərdə qəhvə Karib dənizi, Cənubi Amerika və Asiyada geniş plantasiyalarda yetişdirilməyə başlayır. Bu bitki dünya iqtisadiyyatında vacib yer tutur. Braziliya, Kolumbiya, Vyetnam kimi ölkələr bu gün dünya qəhvə istehsalında ...
2025
- 145
- 0